Nəsimi bələdiyyəsində informasiya təminatı və fəaliyyətin sosial şəbəkədə yayılması məsələlərinə dair görüş keçirilib.
Görüşdə Nəsimi bələdiyyəsinin bütün sahə rəhbərləri iştirak edib.
Görüşdə çıxış edən sədr Nazim Qaraxanov bildirib ki, bələdiyyənin fəaliyyətinin sosial mediada görsənməsi üçün konkret addımlar atılmalı və bu istiqamətdə mövcud olan boşluğu doldurmaq üçün iş planı hazırlanmalıdır.
Bütün sahə rəhbərləri gündəlik olaraq həm KiV də, həm sosial mediada fəaliyyətlərini mərkəzləşmiş qaydada təbliğ etməlidir.
Sədrin sözlərinə görə, ölkəmizdə ilk olaraq Nəsimi bələdiyyəsi onlayn ödəniş sisteminə, həmçinin stasionar ödəniş sistemləri olan “E-manat” və digər sistemlərə qoşulmaqla, internet resursu vasitəsiylə yerli vergilərin ödənişi sistemini hazırlayıb.
Bələdiyyənin bütün fəaliyyəti sosial mediada və KiV görünməsi nəticədə yerli vergilərin yığımına da təsir edəcəkdir.
Görüşdə bu prosesin icrasına nəzarət sədr müavini Həsən Mövsumoğluna tapşırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Belediyye.info
|
|
|
|
|
|
|